Məsciddən pul oğurlayan “mömin” danışdı - "Bu günaha borca görə girdim..." - FOTOLAR

  • Müəllif: admin
  • 06 Oktyabr 2016 10:54

mom-1

Əslən Ağdam rayonundan olan 61 yaşlı Yaşar Kərimov saçının ağlığına baxmadan mömin adına yaraşmayan bir iş görüb.

Gununsesi.info xəbər verir ki, səhər saatlarında Xırdalan  şəhərində yerləşən Cümə məscidinə gedən Yaşar Kərimov yolda onunla ibadətə gedən tanımadığı İlham Məmmədovla rastlaşıb. Ozünün dediyinə görə, məscidə gələnə qədər bir xeyli söhbət ediblər. Daha sonra Allah evinə çatan Yaşar Kərimov namaz qılmaq üçün məscidə daxil olub. Ancaq deyir ki, günahlarını yumaq üçün məscidə ibadət etməyə gəldiyi bir vaxtda “şeytan qəlbinə girib”. Beləliklə, o, İlham Məmmədovun gödəkcəsinin cibindən 3 min 500 manat pulu götürərək oranı tərk edib.

Saxlanılan Yaşar Kərimov bu günaha borca görə girdiyini deyir. Hadisədən dərhal sonra zərərçəkən İlham Məmmədov Abşeron rayon Polis İdarəsinə müraciət edir. Məsciddə araşdırmalar aparan  əməliyyatçılar orada olan müşahidə kameralarına baxış keçirirlər. Elə Yaşar Kərimovun yaxalanmasına da məhz bu görüntülər yardımçı olur. Ancaq hadisədən bir müddət sonra Kərimov məscidə gəlmir. Ta ki  özünün də dediyi kimi,  “günahlarını yumaq üçün ibadət etməli olduğu yadına düşənə qədər”.

Artıq faktla bağlı rayon Polis İdarəsində cinayət işi başlanıb. Tutduğu əməlindən peşman olan Yaşar Kərimov bu əmələ görə, qanun müstəvisində cəzalanacaq…

mom

Gununsesi.info