Məşhur aktrisa Fatma Girik vəfat etdi

  • By admin
  • 24 Yanvar 2022 11:01

Türkiyənin məşhur kino aktrisası Fatma Girik vəfat edib.

Gununsesi.info “Milliyyet” qəzetinə istinadən xəbər verir ki, aktrisanın ölümü barədə xəbəri Şişli Bələdiyyəsinin başqanı Muammer Keskin bəyan edib.

79 yaşında vəfat edən aktrisa süd vəzisi xərçəngindən əziyyət çəkirdi.

Fatma Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. Aktrisa 180-dən çox filmdə rol alıb.

Fatma Girik həm də keçmiş siyasətçi kimi də tanınırdı. O, 1989-1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyəsinin başçısı olub. Siyasət və aktyorluqdan başqa qısa müddət ərzində televiziya ekranlarında “Söz Fatoda” adlı proqrama da aparıcılıq edib.

Gununsesi.info