Şəhid atasına qarşı dələduzluq edən şəxs cəzasız qalıb - VİLAYƏT EYVAZOVA ÜZ TUTAN VƏTƏNDAŞ MÜSTƏNTİQDƏN DƏ ŞİKAYƏTÇİDİR

  • By admin
  • 24 Yanvar 2022 10:54

 

 

İkinci Vətən müharibəsində şəhid olmuş İlham Hüseynovun atası dələduzluq əməlinin qurbanı olub.

Bu barədə Gununsesi.info-ya müraciət edən şəhid atası bildirib ki, ona qarşı dələduzluq əməlini Şəmkir sakinləri Ramiz Mustafayev və Emin Mustafayev törədib: 

Hörmətli redaksiya!

Sizə müraciət etməkdə məqsədim bu işdə dələduzların müdafiəçisi rolunu oynayan müstəntiq Həmid Ümidovun hərəkətinin hörmətli DİN rəhbəri Vilayət Eyvazovun diqqətinə çatdırmaqdır.  

 

Oğlum Hüseynov İlham Ümüd oğlu 44 günlük vətən müharibəsində şəhid olmuşdu .2020 ci ilin oktyabr ayında şəhid oğlumun əzzyəti ilə əkib- becərdiyim xurmaları satmaq istədim.

Şəmkir rayon sakinləri Mustafayev Ramiz və oğlu Mustafayev Emin adlı şəxslər 28 min manatlıq  xurmanı alacaqlarını  dedilər. Mən onlara inanıb xurmaları nisyə verdim. Bir müddətdən sonra onlardan xəbər çıxmadı. Pulumu istədikdə mənə bildirdilər ki, get, hara şıkayət edirsənsə, et.  Mən də bununla bağlı Göyçay RPŞ-nə ərizəylə və DİN-nə onlayın müraciət etdim . İşi Göyçay RPŞ-nin İŞ-də müstəntiq polis baş- leytenantı Həmid Ümidovun icraatına verdilər.Bir müdətdən sonra müstəntiq Həmid Ümidov məni çağırdı və bildirdi ki, 14 min manatı Mustafayev Ramizdən alıb.

Amma mənə 6 min manatıi qaytardı.  8 mini manatı saxladı ki, ərizəni geri götürəndən sonra yerdə qalan pulların tam ödəniləcək.

Müstəntiq məni məcbur etdi ki, bütün pullarımın qaytarılması barədə ərizə yazım və şikayətimdən imtina edim. O, mənə bildirdi ki, polis zabiti kimi şərəfinə and içir. Dedi ki, yerdə qalan pulun  2021 ci ilin noyabr ayına kimi qayıdacaq. Mən Şəhid atası kimi dövlətimin nümayəndəsinə inanraq ərzəmi geri götürdüm. 2021  noyabr ayında müstəntiqin yanına getdim ki,  pulumdan nə xəbər var? onu tapa bilməyəndə, zəng etdim. Telefonlarımı açmadı. Başqa bir nömrə ilə zəng edəndə məzuniyyətdə olduğunu dedi. 2022 ci ilin yanvarın 16 -da mən müstəntiqə zəng vurdum ki, pulum nə oldu? Həmid Ümidov mənə bildirdi ki,  sənin ərzənə görə DİN-də  məni incidiblər. Bildirdi ki, artıq orada işləmir. Düşdüyüm real vəziyyət budur. Odur ki, Sizin saytınız vasitəsi ilə hörmətli nazirimizdən xahiş edirəm ki, mənim pullarımın qaytarılmasını təmin etsin  və bu prosesdə həmin müstəntiqin əməllərinin araşdırılmasına göstəriş versin”. 

 

Gununsesi.info