Məşhur bazar bağlanacaqmı?

  • Müəllif: admin
  • 03 Avqust 2017 07:40

569172

Saytlarda təzə bazar bağlandı adı altında yayılan xəbərlər təşvişə səbəb olub. Buna görə məsələnin əslini öyrənmək üçün paytaxtın mərkəzində yerləşən bazara müraciət edilib.

Lakin deyilənlərin əksinə olaraq, mağazalar açıq, bazar isə fəaliyyətdədir. Bazarın baş nəzarətçisi Qabil Quliyev bildirib ki, bazarın bağlanması ilə bağlı məsələ müzakirə mövzusu deyil. Sadəcə idarəçilik formasında dəyişiklik ediləcək.

Qabil Quliyev onu da qeyd edib ki, təzə bazar yaxın zamanlarda yeni görkəm alacaq və bazarda hər şey müasir tələblərə uyğun olaraq qurulacaq.

Xatırladaq ki, təzə bazar həm də ev heyvanlarının ən çox satıldığı yer olaraq da tanınır.

Gununsesi.info