Məşhur jurnalist intihar etdi

  • By admin
  • 28 Avqust 2016 12:47

publika.az1472371289jurnalist

 

Ukraynada rusiyalı jurnalist, “Yeni Region” agentliyinin təsisçisi Aleksandr Şetinin meyiti tapılıb.

 

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, başında güllə yarası olan jurnalistin meyiti Kiyevdəki mənzilinin eyvanında tapılıb.

Şetinin meyitini ilk olaraq onun ad gününü təbrik etmək üçün mənzilinə gələn dostları aşkarlayıblar. Cəsədin yaxınlığında jurnalistin ölümündən əvvəl yazdığı məktub, travmatik tapança və giliz tapılıb. Jurnalistin intihar etdiyi ehtimal olunur.

 

Gununsesi.info