Məşhur müğənni arvadının açıq-saçıq fotolarına münasibət bildirdi - "MƏN SOYUN DEMİRƏM"

  • By admin
  • 09 May 2018 17:32

Türkiyəli müğənni Sərdar Ortaç model həyat yoldaşı Xloe Louqnan haqqında açıqlama verib.

Müğənninin həyat yoldaşı bu yaxınlarda açıq geyimlər və verdiyi pozalarla gündəmə gəlmişdi. Sərdar jurnalistlərin bu haqda suallarına “Nə edim, həyat yoldaşım modeldir. Mən get soyun demirəm ki” cavabını verib.

Xloenin xəyanət xəbərlərinə isə ifaçı “Ağılsız biri deyiləm. Həyat yoldaşımın məni sevdiyinə tərəddüt etsəydim, əvvəldən evlənməzdim” sözləri ilə münasibət bildirib.

“Həyat yoldaşım istəsə, daha yaxşı biri ilə evlənə bilərdi. Mükəmməl yaraşığa sahib deyiləm. Pulum da bitib, həyat yoldaşım yanımdadır. Demək ki, məni sevir” sözləri ilə Sərdar müsahibəsini bitirib.
Gununsesi.info