Məşhur müğənni Türkiyədə 10 milyona ev aldı - FOTO

  • By admin
  • 22 Aprel 2018 19:52

Müğənni Hadisə ilk dəfə Türkiyədə ev alıb. 

Gununsesi.info xəbər verir ki, indiyədək qazandığı pulları doğulub-böyüdüyü Belçikada daşınmaz əmlaka yatıran ifaçı bu dəfə Bodrumda villa bəyənib. O, villa üçün 10 milyon lirə (təxminən 5 milyon manat) verib. Evinin dekorasiyası, hovuzu və bağçasının hazırlanması üçün isə 200 min lirəsindən (təxminən 100 min manat) lkeçməli olub. İndiyədək Türkiyədə kirayədə qalan Hadisə bundan sonra yay tətillərini Bodrumda öz evində keçirəcək.

Qeyd edək ki, Hadisə iyun-avqust aylarında 30 konsert verəcək. Bu konsertlərdən isə 3 milyon lirə (təxminən 1 milyon 500 min manat) qazanacaq.

Gununsesi.info