Məşhur muzeyin adı BƏƏ-yə satıldı - 525 MİLYON DOLLARA

  • By admin
  • 09 Noyabr 2017 16:24

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Abu-Dabidə Luvr adlı muzey açıb.

Gununsesi.info xəbər verir ki, Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək.

Parisdəki muzeydən daha çox əsərin nümayiş olunacağı yeni muzeyin açılışına Fransa prezidenti Emanuel Makron da qatılıb. Abu-Dabi sahilindən 500 metr uzaqlıqdakı adada tikilən metal qübbəli binanın dizaynı fransız memara məxsusdur. Bu, Fransadan kənarda Luvr adını daşıyan ilk muzeydir. 30 illik razılaşma üçün ərəblər Fransaya əlavə 663 milyon funtsterlinq də ödəyəcək.

Burada Vinsent van Qoq, Leonardo da Vinçi və digər məşhur rəssamların əsərləri sərgilənəcək. Tabloların təhlükəsizliyi isə Abu-Dabiyə 750 milyon dollara başa gələcək.

Muzeyin tikintisinə 2007-ci ildə başlanılıb. 2012-ci ildə açılması planlaşdırılsa da, tikinti 5 il gecikmə ilə başa çatıb.