Məşhur şirkət 24 mindən çox avtomobilini geri çağırdı

  • Müəllif: admin
  • 04 İyul 2017 09:18

595b27ab2c932_subaru_forrester

“Subaru Motor” şirkəti Rusiyada 24,5 minə yaxın avtomobili geri çağırıb.

Gununsesi.info xəbər verir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2007-2010-cu illərdə istehsal olunmuş “Impreza” və “Forester” modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Gununsesi.info