Məşhur vəkil “Notre Dome”nin yanmasına üzülənləri qınadı - MƏSCİDLƏRDƏ QƏTLƏ YETİRİLƏNLƏRƏ ETİNADSIZLIQ GÖSTƏRƏNLƏR...

  • By admin
  • 17 Aprel 2019 10:20

Dünyaca məşhur olan Notre Dame kilsəsinin yanması hər yerdə olduğu kimi Azərbaycanda da böyük üzüntüyə səbəb olub.

Bununla belə Parisdəki bu kilsənin yanmasına üzülənləri qinayanlar da tapılıb.

Gununsesi.org xəbər verir ki, belə şəxslərdən biri də tanınmış vəkil Əkrəm Həsənovdur.

Belə ki, vəkil azərbaycanlıları müsəlman məscidlərinin dağılmasına etinasızlıqda qınayıb.

Əkrəm Həsənov yazır: 

Yeni Zelandiya məscidlərində qətlə yetirilənlərə etinasızlıq göstərələnlər “Paris Allah anası kilsəsi”nin yanmasına yas qurublar. Ay nə bilim, 900 illik tarixi abidə məhv oldu, mədəni fəlakət və s. və i.a. Boş-boş şeylərdir hamısı! Əvvəla, həmin kilsənin indiki görkəminin heç 200 yaşı yoxdur. Yəni XIX əsrdə tikilib (bərpa edilib). O zaman hətta sökmək də istəyiblər. Yalnız Hüqonun məşhur romanı fransızları bu “barbarlıq”dan saxlayıb. Yəni kilsənin populyarlığı bestsellərə bağlı bir şeydir.
Mən həmin kilsədə olmuşam, qeyri-adi bir şey yoxdur. Ümumiyyətlə, daş-divarlara ehtiramı başa düşmürəm. Onların dəyərli olub-olmaması meyarları da birmənalı deyil: sadəcə bəziləri reklam edilir deyə, dəyərli hesab edilir, digərlərinin reklamı yoxdur deyə, onları heç qoruyan da yoxdur. Yer üzündə o qədər qədim tikili var ki! İndi nə edək, hamısını qoruyaq? Meyar nədir axı? Təki yanan elə daş-divar olsun! Müasir texnologiyalar dövründə rəssamlıq və memarlıq tarixi baxımdan əhəmiyyətsizdir. İstənilən şəkili və abidəni kompüterdə istənilən formatda qur və ona seyr et! Hətta elə edə bilərsən ki, sanki onun içindəsən və gəzirsən orada!


İnsan sayı durmadan artır, planetimizdə yer isə məhduddur! Başqa planetlərdə məskunlaşmaq ideyaları hələlik xülyadır. Yəhudi və yaponlar kimi texnologiya liderləri olan xalqlar belə torpaq uğrunda savaşır! Buna görə də tədricən “tarixi abidələr”in hamısı dağıdılacaq ki, onların yerində hündürmərtəbəli binalar (mənzil, ofis, ibadətgah və s. – fərqi yoxdur) tikilsin. Odur ki, elə belədə müasirlikdən, elmdən, texnologiyalardan dəm vuranlar reklam və şou qurbanları olaraq daş-divarlara yas qurmasınlar…

Gununsesi.org