Məşhurlar marafonda – Fotolar

  • By admin
  • 17 Sentyabr 2017 13:10

BeFunky Collage
Xəbər verdiyimiz kimi, bu gün “Gəncə Marafonu – 2017” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, marafona yerli və xarici olmaqla 10 mindən artıq insan qatılıb.

İştirakçılar arasında Azərbaycanın tanınmış simaları – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Azərbaycanın I vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, millət vəkili Qənirə Paşayeva, peşəkar döyüşçü Zabit Səmədov, müğənni Röya, teleaparıcı Nuran Hüseynov və digər məşhurlar da yer alıb.

Birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.

Qadınlar arasında isə birincilik Ukrayna vətəndaşı Valentina Poltavskaya nəsib olub.

 

Gununsesi.info