Məsut Özil “Barselona”ya transfer olunmağa razılıq verib

  • By admin
  • 30 Dekabr 2017 13:50

“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil “Barselona”ya transfer olunmağa razılıq verib.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi iki şərt qoyub.

O, matçlara start heyətdə çıxmağı və ilinə 19 milyon avro maaş istəyib. M.Özilin bu tələbləri təmin ediləcəyi təqdirdə, futbolçu “Barselona” ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Özil bu mövsüm Premyer Liqada 17 matça çıxıb və 4 qol vurub. Həmçinin, 5 məhsuldar ötürmə edib.

Gununsesi.info