83 yaşlı kişini maşın vurub öldürüb

  • By admin
  • 30 Dekabr 2017 14:00

Goranboy rayonunda 83 yaşlı kişini maşın vuraraq öldürüb. 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Bərdə rayon sakini Roman Qarayev idarə etdiyi VAZ-21074 markalı maşınla yolu keçən 83 yaşlı Mahmud Dəmirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info