”Maaşı az olan müəllim və həkimdən yüksək nəticə gözləməyin” -FAZİL MUSTAFA

  • Müəllif: admin
  • 16 Mart 2018 13:39
Deputat müəllim və həkimlərin maaşlarının artırılmasını təklif etdi.
Gununsesi.info xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli  Məclisin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan müəllimi və  həkiminin maaşının az olduğundan  biz nə keyfiyyətli təhsilin, nə də səhiyyə xidmətinin şahidi ola bilmirk:
“Bundan artığını gözləməyə dəyməz. Çünki az maaş alan müəllimdən və həkimdən yüksək nəticə gözləməyə dəyməz. Nəticədə şikəst olan Azərbaycan vətəndaşıdır. Ona görə də hökumət bunun yollarını arayıb tapmalıdır”.
 ODeputat eyni zamanda kənd təsərrüfatına diqqət ayrılmasının vacibliyini qeyd edib.
Mürtəza
 
Gununsesi.info