Kanat yolunda baş verən qəzada 10 NƏFƏR XƏSARƏT ALDI

  • Müəllif: admin
  • 16 Mart 2018 13:45

Gürcüstanın Qudauri dağ xizək kurortunda, kanat yolunda texniki qəza baş verib. 

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Qəzaya səbəb kanat yolunda elektrik enerjisi gərginliyinin azalması olub və nəticədə kanat yolu əks istiqamətdə hərəkət etməyə başlayıb.

Gürcüstanın Səhiyyə Nazirliyi hadisə yerinə reanimobil göndərib.

Gununsesi.info