Maaşlar və pensiyalar nə qədər artacaq? -Ekspert rəyi

  • By admin
  • 25 Noyabr 2016 15:12

Manatt

İnflyasiyanın pul qazananların gəlirini yediyi, böhranın onsuz da məhdud olan iş yerlərini əjdaha kimi udduğu dövrdə cəmiyyətin büdcədən gözləntiləri birə iki artır.

Büdcədən maaş, pensiya, müavinət alanlar üçün əsas sual bu olur: büdcə onların sosial qayğısını nəzərə alıbmı?

Gununsesi.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevə görə, son 2 ildə 2 dəfədən çox ucuzlaşan milli valyuta insanların ən zəruri istehlak xərclərini ən azı 40-45% artırıb: “Bunun müqabilində büdcə işçilərinin maaşları 2015-2016-cı illərdə cəmi 10 faiz artıb.

2017-ci ildən gözlənti nədir?

Gələn ilin büdcəsində maaşların artımıüçün 245 mln. manat nəzərdə tutulur. 2016-cı ilin yenidən baxılan büdcəsindəəmək haqqı fondu üçün 3.833 mlrd. manat nəzərdə tutulmuşdu, 2017-nin proqnozunda 4.077 mlrd. manat nəzərdə tutulur.

Öz növbəsində, 2016-cı ilin yenidən baxılan büdcəsində təhsil sektorunda əmək haqqı xərci kimi 1.229 mlrd. manat nəzərdə tutulmuşdu, gələn il üzrə göstərici 1.247 mlrd. manatdır.

Səhiyyə bölməsi üzrə yenidən baxılan büdcədə 396 mln. manat nəzərdə tutulmuşdu, 2017-də 386 mln. manat proqnoz edilir”.

R.Ağayev əlavə edir ki, məhkəmə və hüquq-mühafizə bölməsi üzrəəmək ödənişi xərcləri 2016-da 740 mln. nəzərdə tutulmuşdu, 2017-də 814 mln. manat proqnoz edilir:

“2016-cı ilin yenidən baxılan büdcəsində sosial müdafiə bölməsində təqaüd və sosial müavinətlər üçün 1.974 mlrd. manat nəzərdə tutulmuşdu, 2017-də 1.966 mlrd. manat proqnoz edilir”.

Vüsalə Rüstəmova

Gununsesi.info