Mağaza sahibi münaqişə zəminində güllələndi - Bakıda növbəti qətl

  • Müəllif: admin
  • 05 Oktyabr 2016 10:27

c76b326a7a4d2ee2b869297db937a0b0

Bakıda qətl törədilib.

Gununsesi.info bildirir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib. Nəticədə Z. Məcidov aldığı xəsarətdən hadisə yerində keçinib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən R. Cəbrayılov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info