
“Mən mətbuatda gənc bir vətəndaşımızın işgəncəyə və qanunsuz həbsə məhkum edilməsi barədə oxuyanda təəccübləndim. Mən inanmaq istəmirəm ki, belə bir hal olub. Bu məsələnin araşdırılmasının tərəfdarıyam. Əgər mediada rezonansa səbəb olan bu fakt təsdiqini taparsa, ona işgəncə verənlər və qanunsuz həbs edənlər cəzalandırılmalıdır”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında YAP-dan olan millət vəkili Məlahət İbrahimqızı Bakı sakini Araz Orucovun işgəncələrə məruz qalması barədə mətbuatda yazılanlara münasibət bildirərkən söyləyib. Millət vəkilinin sözlərinə görə, DİN rəhbəri Ramil Usubovu obyektiv və ədalətli nazir kimi tanıyır: “Mən inanıram cənab nazir Ramil usubov bu məsələ ilə bağlı ciddi araşdırılma aparılması, günahkarlaın cəzalandırılmasına nail olacaq. Həmçinin, hesab edirəm ki, aidiyyatı dövlət orqanları da həmin gəncin mənzili ilə bağlı məsələni də araşdırıb, onun haqqını qaytaracaqlıar. Əgər işgəncə faktları təsdiqlənərsə, o kompensasiya almalıdır”.
Xatırladaq ki, Bakıxanov qəsəbəsindəki “Həyat yolu” şadlıq evində ofisiantlıq edib həm anasını, həm də özünü dolandıran Araz Orucun həyatının polis tərəfindən kabusa döndərilməsi barədə mediada yayılan sensasion xəbər cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Gənc həyatının 1 ilini törətmədiyi bir cinayətə görə Kürdəxanıdakı İstintaq təcridxanasında keçirməli olub. Həmin müddətdə həm sağlamlığını, həm də ev-eşiyini itirib.

Bütün bunlar Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsində baş verib. Olayın ictimailəşməsindən sonra Xətai rayon polis idarəsinin 37-ci polis bölməsindən bildiriblər ki, Araz Orucovla əməkdaşlar yüksək səs tonunda danışdıqlarından o, qorxuya düşərək, törətmədiyi cinayəti üzərinə götürüb.
Elmar












