Mağaza sahibini ruhi xəstə öldürüb - DIN AÇIQLAMA YAYDI

  • Müəllif: admin
  • 05 Oktyabr 2016 13:21

Daxili ishler

 Daxili İşlər Nazirliyi (DİN) Bakıda mağaza sahibinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

Gununsesi.info-ya nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb. 

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub.Ondan hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info