Mağazada yıxılan müştəriyə 7,5 milyon dollar təzminat ödənəcək

  • By admin
  • 12 Noyabr 2017 19:37

ABŞ-ın Alabama ştatında məhkəmə, marketdə qarpız stendinə ilişərək yıxılaraq budunu sındırdığını deyən bir müştərinin 7,5 milyon dollar təzminat almasına dair hökm çıxarıb.

Gununsesi.info xəbər verir ki, hadisə 2015-ci ildə dünyanın ən dəyərli pərakəndə şəbəkəsi olan və 270 milyard dollar bazar dəyərinə malik Wal-Mart marketdə baş verib.

61 yaşlı Henri Uolker qarpızların qoyulduğu stendə əyilərkən ona ilişərək yıxılıb. Ayağı sınan Uolkerin vəkili Wal-Martın qarpız yeşiyini təhlükəsiz yerləşdirmədiyini və üzərini örtməsi lazım olduğunu əsas gətirərək cinayət işi açıb.

Wal-Mart isə  qarpız güşəsinin təhlükəli olmadığı üzərində dayanıb və müştərinin səhvi səbəbindən hadisənin meydana gəldiyini bildirib. Pərakəndə nəhəngi qərarla bağlı təəssüf etdiyini  və təzminat miqdarının həddindən artıq yüksək olduğunu düşünərək qərardan kassasiya şikayəti verməyə hazırlaşır.

Məhkəməyə təqdim olunan sənədlərdə analoji açıq stendlərin ölkənin hər yerində və müxtəlif pərakəndə şəbəkələrində istifadə edildiyinə də diqqət çəkilib.

Wal-Mart tərəfindən edilən açıqlamada “Wal-Mart qarpızları eyni şəkildə satmağa davam edəcək”, – deyilib.

Gununsesi.info