Mahaçqalada bazarda baş verən yanğın nəticəsində 33 nəfər xəsarət alıb

  • Müəllif: admin
  • 31 Mart 2017 21:05

4467951-1

 

Mahaçqalada bazarda baş verən yanğın nəticəsində 33 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan Səhiyyə nazirliyinin nümayəndəsi Zalina Murtuzəliyeva bildirib.

Onun sözlərinə görə, tüstüdən zəhərlənən zəhərlənən 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. 30 nəfər ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yanğının səbəbləri araşdırılır.

 

 

Gununsesi.info