
Barak Obamanın ögey qardaşı Malik Obama ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəklədiyini açıqlayıb.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Malik Obama Respublikaçılar Partiyasından namizədliyini irəli sürən milyarder Donald Trampı dəstəklədiyini açıqlayıb.
“Donald Tramp xoşuma gəlir. O, çox ürəkdən danışır. ABŞ-ı yenidən hegemon dövlətə çevirmək əla sloqandır” – deyə, o, bildirib.
Malik milyarderlə görüşmək arzusunda olduğunu da açıqlayıb.
Gununsesi.info