Samaxıda göldə boğulan 3 yeniyetmənin adları məlum oldu

  • By admin
  • 24 İyul 2016 21:13

gol

Şamaxıda göldə boğularaq dünyasını dəyişən 3 nəfər yeniyetmə oğlanın şəxsiyyəti müəyyən edilib.

Gununsesi.info-nun  APA-ya istinadən  xəbərinə görə, ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.

Onların Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.  Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən  birinin ayağı sürüşərək suya yıxılıb.  Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

Gununsesi.info