Maliyyə Bazarlarına Nəzarət Palatası iki bankın filial və şöbəsinin açılmasına icazə verdi

  • By admin
  • 17 Oktyabr 2016 11:17

palata

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 15 oktyabr 2016-cı il tarixli qərarına əsasən, “Naxçıvanbank” ASC-nin “Ordubad rayon” filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib.

Gununsesi.info Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadla xəbər verir ki, sözügedən banklar tərəfindən struktur bölmələrinin fəaliyyətə başlamaları üçün palataya daxil olmuş müraciətlər müsbət dəyərləndirilib və onların açılmasına dair qərar qəbul edilib.

Gununsesi.info