Tanışının maşınını oğurlayan şəxs saxlanılıb

  • By admin
  • 17 Oktyabr 2016 11:10

ogru

Abşeron rayon Polis İdarəsinin əməkdaşları Sumqayıt şəhərində dövlət qeydiyyat nişanı 10 OG 786 nömrəli VAZ 2107markalı avtomaşını oğurlayan şəxsi saxlayıb.

Gununsesi.info xəbər verir ki, avtomaşını oğurlayan şəxs əslən Qubadlı rayonundan olan məcburi köçkün, Binəqədi rayonunda yaşayan Məmmədov İmdad fikrət oğludur. İstintaq zamanı dindirilən İmdad hadisəni törədən zaman içkili olduğunu deyir. Oğurladığı avtomobil isə elə öz tanışının maşını olub. 30 yaşlı İmdad Məmmədov əvvələrdə Cinayət məcəlləsinin 177.2 və 185.2.2-ci maddələri ilə məhkumluq həyatı yaşayıb. Ömrünün 11 ilini dəmir barmaqlıqlar arasında keçirən İmdad cəmi 1 aydı azadlığa çıxdığına görə  yenidən məhkum olunacağı üçün peşman olduğunu deyir.

Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.

Gununsesi.info