Maliyyə böhranı icra hakimiyyətlərini vurdu, KÜTLƏVİ İXTİSARLAR BAŞLANDI

  • By admin
  • 27 Mart 2017 11:15
pa-prezident-admin
Manatın devalvasiyasından sonra bir sıra  nazirliklərin regional qurumlarının yaradılmasına, həmçinin, həyata keçirilən infrastruktur islahatları nəticəsində yerli  icra hakimiyyətlərində kütləvi ixtisarlara başlanılıb.
 Gununsesi.info-nun əldə etdiyi məlumata görə, ixtisarlar əsasən yerli icra hakimiyyətlərinin humanitar və iqtisadi sektorlarında həyata keçirilir.
 Hətta, bir sıra rayonlarda  icra hakimiyyətində şöbələr ləğv edilir və işçilər ixtisar olunur.
Bundan əlavə, yerli icra hakimiyyəti aparatı maksimum dərəcədə yığcamlaşdırılır və bir sıra  məsləhətçi, mütəxəsis  vəzifələri ləğv edilir.
İxtisarlar nəticəsində icra hakimiyyətindəki şöbələr birləşdirilir və ştatlar yığcamlaşdırılır.
İxtisarlar həmçinin,  daha çox daha mədəniyyət, təhsil və ictimai-siyasi şöbələrdə baş verir.
Elə rayon var ki, orada bu ixtisarlar iqtisadi sektora aid olan şöbələrdə də həyata keçirilir.
Qeyd edək ki, bu ixrisarlar bir neçə səbəbdən həyata keçirilir.
Birincisi, bu 2017-ci ildən etibarən 40-ya yaxın rayon və şəhərə büdcədən vəsait-dotasiya ayrılmaması ilə bağlıdır.
Belə ki, öz-özünü  maliyyələşdirmə sisteminə keçdiyindən  bəzi icra hakimiyyətləri şişirdilmiş ştat cədvəlindən imtina edərək, maksimum yığcam aparatın yaradılmasına üstünlük verirlər. Bu səbəbdən də icra hakimiyyətinin aparatında fəaliyyət göstərən  paralel və uyğun sahəyə aid olan şöbələrin birləşdirilməsi prosesinə balanılıb. Bunun nəticəsində də   çoxsaylı məsləhətçi,  mütəxəsis, şöbə müdiri, sektor rəhbəri vəzifələri ixtisara düşüb.
İkinci səbəb isə  Təhsil , Mədəniyyət və Turuzm nazirliklərinin regional  qurumlar yaratmasıdır. Bunun nəticəsində də  yerli icra hakimiyyətlərində təhsil, mədəniyyət və turizm sahəsinə aid şöbələr birləşdirilərək,  yerində bu sahəyə aid ümumi bir  şöbə yaradılır. İşçilərin də sayı minimuma enidirilir.
 Digər səbəb(lər)  isə ölkədə həyata keçirilən struktur islahatları və ölkədəki maliyyə problemi ilə bağlıdır.
Əldə etdiyimiz məlumata görə, artıq bu  cür ixtisarlar təkcə ölkənin regionlarında deyil, Bakının rayonlarında da həyata keçirilməkdədir.
 
Mürtəza
Gununsesi.info