Maliyyə Nazirliyi 185 təşkilatda yoxlama aparıb -225 milyon əsassız ödənişlər üzə çıxıb

  • By admin
  • 13 Fevral 2023 20:04

“Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 185 təşkilatda aparılmış yoxlamalarda 225 milyon 710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub”.

Gununsesi.info bildirir ki, bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

Onun sözlərinə görə, həmin məbləğin 35 milyon 142,2 min manatlıq hissəsinin təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.

Bununla belə nazirlik sözçüsü həmin qurumların adını açıqlamayıb.

Afət Abbasova
Gununsesi.info