Maliyyə qurumlarının hərbi qulluqçulara “pensiya qayğısı”

  • By admin
  • 01 İyun 2016 09:12

qarabag elil

Ötən ilin sonlarında hərbi qulluqçuların pensiyaya çıxma yaşının 20-dən 25-ə qaldırılması ideyası ortaya atılmışdı.Maliyyə Nazirliyinin dəstəyi ilə DSMF-in pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev bu məqsədlə xüsusi təkliflərlə çıxış edərək ideyanı əsaslandırmağa çalışırdı.Bu həmin Elşən Məmmədəliyevdir ki,səhvən “Sosial müavinətlər haqqında” 07.02.2006 tarixli qanunun 7-ci maddəsini Qarabağ müharibəsi əlillərinə şamil edərək,bütün növ əlavələrdən-müavinətlərdən məhrum etmələrinə bais olub.Bir nəfər də tapılmır,desin ki,axı bu əlillər əmək pensiyaçıları kateqoriyasına aiddirlər,onlara eyni tarixli “Əmək pensiyaları haqqında” qanunun maddələri tətbiq edilməlidir.İş o yerə çatıb ki,maliyyə-pensiya qurumları məhkəmələri də rüşvətlə saxta,yanlış təfsirlərinə uymağa təhrik ediblər.Artıq məhkəmə hakimiyyəti ən yaxşı halda Qarabağ əlillərinin iddialarını mümkün saymamağı qərara alırlar.Özü də tərəfləri dinləmədən birtərəfli qaydada.

Basın yolu ilə hərbi qulluqçu Qarabağ əlillərinin pensiyalarına edilən maliyyə-pensiya təcavüzünün əsassızlığını sübut etmək fikrindəyik.Ondan başlayaq ki,pensiyalar iki yerə bölünür:əmək pensiyaları və sosial pensiyalar.“Sosial pensiya” anlayışı 2006-cı ilin fevralından “sosial müavinət” anlayışı ilə əvəz olunub və eyni tarixli (07.02.2006) iki qanun-“Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlar qəbul olunub.Prezident 06.03.2006 tarixli 377 saylı “Əmək pensiyaları haqqında” qanunun tətbiq edilməsi haqqında” Fərmanın 3-cü bəndilə DSMF-ə tapşırıb:”3.1.sosial pensiyaların və sosial pensiyaçılara,həmçinin pensiyaçı olmayan şəxslərə kommunal,nəqliyyat və digər xidmətlərin əvəzində ödənilən aylıq müavinətlərin sosial müavinətlərlə əvəz olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsi məqsədilə sosial pensiyaçılar və pensiyaçı olmayan şəxslər üzrə pensiya və müavinət işlərinin müvafiq qaydada həmin nazirliyin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə təhvil verilməsini bir y müddətində təmin etsin.” Bəs DSMF niyə Prezidentin tapşırığına əməl etməyib?Daha doğrusu,fondun maliyyə idarəsi,pensiya və müavinətlər şöbəsi Qarabağ əlillərinin müavinətini mənimsəmə yolunu tutaraq,”Əlillərin sosial müdafiəsi haqqında” qanunun 36 (əlillərin rabitə vasitələrilə təminatı),41 (əlillərə nəqliyyat xidməti),42 (tibbi xidmət,dərman preparatları və protezlərlə təminat),43 (əlillərə mənzil-məişət xidməti) maddələrilə təsbit olunan telefondan istifadə haqqını, nəqliyyat vasitələrindən istifadə haqqını,dərman pulunu,mənzil-kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün Qarabağ əlillərinə Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal,nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvə olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə müəyyən etdiyi 26 manatlıq müavinəti son 3 ildə “həzmi-rabedən keçirməyə” grişib və hələ ki yeyir.”Əsas” da budur ki,”Sosial müavinətlər haqqında” qanunun 7-ci maddəsində bəzi kateqoriya şəxslərə kommunal,nəqliyyat və digər xidmətlərə görə müavinət şəxsin əmək pensiyası hüququ olmadıqda təyin olunması yazılıb.Birincisi,vurğuladığımız kimi,bu qanun əmək pensiyaçılarına şamil edilə bilməz.İkincisi,Qarabağ əlillərinə kommunal və s.xidmətlərə görə (sosial) müavinət təyin olunmur,onlara kommunal və s. xidmətlərin əvəzi müavinət kompensasiya kimi müəyyən olunub və son illərə kimi verilib.”Sosial müavinətlər haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulan “bəzi kateqoriya şəxslər” sırasına Qarabağ əlilləri girmir.Bu şəxslər yalnız Qarabağ müharibəsi veteranları və şəhid ailəsinin üzvləridir.Nazirlər Kabinetinin (NK) 21.09.2015 tarixli 311 saylı “Sosial müavinətlərin,təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim olunan sənədlərin rəsmiləşdirilməsi,baxılması ə saxlanması” qaydalarına 7 nömrəli əlavənin 2.23 və 2.24 maddələrində yalnız Qarabağ müharibəsi veteranlarına və şəhidlərinin ailə üzvlərinə əmək pensiyası hüququ olmadıqda kommunal,nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilməsi təsbit olunub.Bu isə o deməkdir ki,Qarabağ əlili istər əmək pensiyaçısı olsun,istərsə də,sosial müavinətçi (pensiyaçı),ona kommunal və s. xidmətlər üzrə güzəştlərin əvəzi aylıq müavinət ödənməlidir.Vurğuladığımız kimi bu müavinətin ödənilməsindən əsassız olaraq,qanunu,Fərmanı,NK-nın qərarını yanlış izah və tətbiq edərək imtina edilir. Qarabağ əlillərinin əmək pensiyaçıları olması nədənindən sözügedən aylıq müavinətdən məhrum edilməsinin əsassızlığı,digər əmək pensiyaçılarına-2-ci dünya savaşı iştirakçıları və əllillərinə,20 Yanvar əlillərinə,sıravi Qarabağ əlillərinə və s. həmin müavinətin verilməsində də özünü göstərir.Belə çıxır,zabit,MAXE(müddətdən artıq xidmət edən) Qarabağ əlillərinə ögeylik sərgilənir.Onu da vurğulayaq ki,NK-nın 27.02.2007 tarixli 40 saylı qərarı da Prezidentin müəyyən etdiyi 26 manatlıq aylıq müavinətin kəsilməsinə nədən ola bilməz.Birincisi,NK-nın qərarı Prezident Fərmanından,qanundan üstün deyil.İkincisi,sözügedən 40 saylı qərarla NK-nın 09.01.2002 tarixli 2 saylı qərarı ilə təsdiq olunan “Kommunal,nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi” Qaydalarının 1-ci bəndindən (“Kommunal,nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” AR Prezidentinin 26.12.2001 tarixli 613 saylı Fərmanı və “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 22.01.2007 tarixli 514 saylı Fərmanının 1.9 bəndi ilə müəyyən olunan aylıq müavinətlər hərbi qulluçulara və xüsusi rütbəli şəxslərə -onların xidmət keçdiyi orqan ,”Hərbi qulluqçuların pensiya təminatı haqında” qanuna əsasən pensiya alanlara isə pensiyalarının üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan tərəfindən ödənilir”) “hərbi qulluqçuların pensiya təminatı haqqında” qanuna əsasən pensiya alanlara isə pensiyalarının üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan” sözləri çıxarılıb.Prezidentin 22.01.2007 tarixli sözügedən fərmanının 1.9 bəndində əmək pensiyası hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə…-15 manat sosial müavinət müəyyən edilməsi yazılıb və fərmanın 3-cü bəndinə əsasən 26.12.2001 tarixli 613 sayl fərmanın 1-ci bəndinin 6-cı abzası (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə…-55 min manat(11 manat) aylıq müvinət müəyyən edilsin”) qüvvədən düşmüş sayılıb.Göründüyü kimi,Qarabağ əlillərinə yox,veteranlarına şamil edilən maddələr qüvvədən düşüb.Eyni zamanda həmin 22.01.2007 tarixli 514 saylı Prezident Fərmanının 1.2.2 bəndində əlillik Azərbaycan Respublikaının ərazi bütövlüyünün müdafiəsilə əlaqədar baş verdikdə 1-ci qrup əlillərə-75 manat,2-ci qrup əlillərə 60 manat,3-cü qrup əlillərə-55 manat müavinət ödənilməsi təsbit olunub. Yəni sözügedən 26 manatlıq aylıq müavinətdən 2-3 dəfə çox.Qarabağ əlilləri sosial müavinət tələb etsəydi,elə bu 2-3 dəfə çox müavinəti tələb edərdi.Onu da deyək ki,hazırda Qarabağ əlillərinə Prezidentin 29.08.2013 tarixli 973 saylı “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanının 1.1.3 maddəsilə müəyyən olunan aylıq müavinətlərin məbləği (müvafiq olaraq 1-ci,2-ci,3-cü qrup əlillərə 83 m-t,66 m-t,60 m-t) artrılraraq 1-ci qrup əlillər üçün 100 manat,2-ci qruplar 80 manat,3-cü qruplara 73 manat təşkil edir.Görəsən,maliyyə-pensiya qurumları niyə Prezidentin bu fərmanını görməzliyə vurub tətbiq etmir,amma “Sosial müavinətlər haqqında” qanunu tətbiq edib 26 manatlıq cüzi müavinəti yeməyə üstünlük verir?Elə bu “yemək xidməti” də həmin müavinətin indeksləşdirilərək artırılmasını “unutdurur”.Baxın, güzəştlərin ləğv edilərək müavinətlərlə əvəz olunmasından-2002-ci ildən bu yana 14 ildə kommunal və s. xidmət haqları ortalıq 3-5 dəfə qalxsa da,aylıq kompensasiya-müavinət nəinki artıb,əksinə son 3 ildə  tamam verilmir!

Qanunun eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edən qurumlar –Baş Prokurorluq və s. isə susur.Yəqin yeməyə ortaqdırlar.Yoxsa…adamın fikrinə başqa şey gəlmir.Məhkəmələrdən,deputatlardan isə danışmağa dəyməz.Ümidliyik ki, ƏƏSMN-in rəhbərlyi Qarabağ əlilləri və veteranlarına qarşı ayrı-seçkliyə son qoyacaq.

 

Məğrur Bədəlsoy

Qarabağ əlili, jurnalist