“Maliyyə vəziyyətimiz də çox sabitdir” - İLHAM ƏLİYEV

  • By admin
  • 15 Dekabr 2017 15:38

“Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

“Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir”, – deyə o vurğulayıb.

Gununsesi.info