Manatın sonu necə olacaq? -DEPUTATIN YANAŞMASI

  • By admin
  • 09 Avqust 2016 12:49

man

Milli valyuta olan manat ucuzlaşmaqda davam edir. Belə ki, Mərkəzi Bankın rəsmi açıqlamasına görə, avqustun 9-da dolların manata nəzərən məzənnəsi 1,6005 səviyyəsində müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Gununsesi.info saytına manatın günü-gündən ucuzlaşmasına münasibət bildirib.

“Bu gözlənilən proses idi. Çünki manat neftə bağlı olan milli valyutadır. Ona görə də, neftin qiyməti artmadığı üçün manata öz təsirini göstərib. Düzdür, indi qeyri- neft sektorunun inkişafı ilə  əlaqədar Azərbaycanda  çox ciddi işlər görülür. Amma buna müəyyən qədər vaxt lazımdır”.

Deputat deyib ki, hal-hazırda yalnız kənd təsərrüfatında müəyyən qədər artım var.“Biz ixrac yönümlü məhsulların istehsalını artırmalıyıq ki, manata müsbət təsirini göstərə bilsin. Mən Azərbaycan Mərkəzi Bankının manatın məzənnəsinin düzəldilməsinə müdaxilə etməməsini doğru hesab edirəm və bunun tərəfdarıyam. Çünki manat gec-tez öz bazar dəyərini almalıdır”.

 

Gununsesi.info