Manatın bu günə olan rəsmi məzənnəsi açıqlandı

  • By admin
  • 21 Noyabr 2016 09:52

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 18-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8108 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0265 manat olub.

Türkiyə lirəsinin məzənnəsi də 0,1% artaraq 0,5059 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1089 manatdır. Beləliklə, funt sterlinq 0,5%-lik azalma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,1% ucuzlaşaraq 0,6871 manat olub.

Gununsesi.info