Masallı bazarında yanğın: Sahibkarın hər birinə 4 mindən çox ziyan dəydi+FOTO

  • By admin
  • 24 Noyabr 2016 16:41

maqaza

Masallı bazarında yanğın hadisəsi baş verib. Hadisə nəticəsində sahibkarlara  4 min manat dəyərində ziyan dəyib.

Gununsesi.info xəbər verir ki, yanğın hadisə bu gün səhər saat 6:00 radələrində Masalı  şəhərinin Qala bazarı adlanan  ərazidə baş verib.

Hadisə bazarda fəaliyyət göstərən dükanların birin də qeydə alınıb.Yanğının əhatə dairəsinin genişəndiyini görən sahibkarlar dərhal  Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.Yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyətin əraziyə cəb olunub.Onların müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.Yanğının digər dükanlara keçməsi dayandırılıb.Buna baxmayaraq yanğın nəticəsində  3 dükan və içindəki əşyalarla birgə  yanaraq yararsız vəziyyətə düşüb.

Yanğın nəticəsində sahibkarlara 4000 min manatdəyərində maddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

İlkin ehtimala görə hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapnma göstərilir. Yanğının dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

maqaza1 maqaza2

Gununsesi.info