Masallıda ikimərtəbəli ev yandı

  • By admin
  • 10 Avqust 2017 19:20

yangin_37465656
Masallıda ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Köhnə Alvadı kəndində ümumi sahəsi 286 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 28 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info