Masallıda mikroavtobus aşdı: 7 NƏFƏR YARALANDI +FOTOLAR

  • By admin
  • 24 Noyabr 2016 16:06

mas1

Masallıda mikroaftobusun aşması nəticəsində yol-qəza hadisəsi baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 54 yaşlı  Məharət Xamməd oğlu Xancanovun idarə etdiyi mikroavtobus qəfildən idarəetməni itirərək yolun kənarına aşıb.

Rayonun Çaxırlı kəndinə işləyən mikroavtobusun aşması nəticəsində, avtomobilin sürücüsüdə daxil olmaqla 7 nəfər xəsarət alıb. Hadisə yerinə Masallı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Satansiyasının həkim biriqadası cəlb olunub.Yaralılar avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində Masallının Çaxırlı kənd sakinləri, 54 yaşlı  Məharət Xamməd oğlu Xancanov, 31 yaşlı Babək Allahverdi oğlu Məmmədov, 44 yaşlı  İlhamə Allahyar qızı Rəhimova, 52 yaşlı Sirac Əvəz oğlu Alışov, 57 yaşlı  Aidə Vəli qızı Qurbanova, 17 yaşlı Cavad Sirac oğlu Məmmədov və 25 yaşlı Musa Şahmar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin versiya kimi qəzaya səbəb  mikroavtobusun  texniki nasazlıq səbəbindən baş verdiyi deyilir.

Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın verdiyi rəydən sonra məlum olacaq.

Faktla  araşdırma aparılır.

mas4 mas3 mas2 mas

Gununsesi.info