Maşın bazarında mağazaları yanan sahibkarlara təzminat ödənilməyəcək. Bazarda olan mağazalar sığortalanmayıb. Burada mağazası olan Niyaməddin Hacıyev s bildirib ki, ona yanğın zamanı 200 min manat ziyan dəyib. Buradakı satıcılar hadisə ilə bağlı bazar əməkdaşlarından şikayətlənirlər. “Texniki təhlükəsizlik qaydaları pozulurdu. 45-50 mağaza yanıb. Texniki qaydalara riayət olunmadığına görə buranı heç sığortalamayıblar”.
Zərərçəkənlər onlara kompensasiya ödənilməsini tələb edirlər.