Maştağada obyektin1 kv.m-i 14 manata satılıb

  • By admin
  • 28 Mart 2018 15:36

 

“Maştağada avtodəstə”si dövlət hərraclarında  145 min manata satılıb.  

Gununsesi.info bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Özəlləşdirilən  ümumi torpaq sahəsi 10 min 560 kv.m-dir.  Belə aydın olur ki, obyektin 1 kv.m təqribən 14 manata  satılıb.

Qeyd edək ki, obyekt 2016-cı ilin oktyabrından satışa çıxarılıb.  Avtodəstəyə nəqliyyat vasitələrinin dayanacağı, təmir sahəsi daxildir.

Bundan əlavə 13 martın hərrac məlumatlarına görə, Qəbələnini Nic kəndində  530.5  kv.m sahəsi olan 1 saylı klub 15 min manata satılıb.

Vüsalə

Gununsesi.info