Medvedyev: Sona qədər mübarizə aparılacaq

  • By admin
  • 04 Aprel 2017 21:00

 medvedyev

 

Terrorla sona qədər mübarizə aparmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyev Sankt-Peterburq şəhərindəki terror aktı ilə bağlı danışarkən deyib.

“Əlbəttə bu, ölkəmiz üçün olduqca ağırdır. Lakin terrorla mübarizə sona qədər aparılmalıdır. Əks təqdirdə belə olaylar tez-tez baş verəcək. Terror aktını törədən kamikadze idi. Əlbəttə ki, bu kimi təxribatlar təkbaşına hazırlanmır. Əminəm ki, bu işdə əli olan hər kəs yaxalanacaq”, – Rusiya rəsmisi bildirib.

Xatırladaq ki, dünən Sankt-Peterburq metrosunun “Sennaya Ploşşad” stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Ölənlər arasında 1, yaralananlar arasında da 1 azərbaycanlı var.

 

Gununsesi.info