
Bir qrup hüquq müdafiəçisi “Turan” informasiya agentliyinin həbsdə olan direktoru Mehman Əliyevin zaminə buraxılması üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova və Eldar Zeynalov imzalayıb.
Mehman Əliyev avqustun 24-də tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Qərar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. “Turan”ın direktoru qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Gununsesi.info












