
Martın 3-də həbsdə olan gənc bloger Mehman Hüseynovun həbs müddəti başa çatır.
Gununsesi.org-un xəbərinə görə, iki ildir cəza çəkən bloger sabah azadlığa buraxılacaq. Yada salaq ki, gənc blogerə qarşı ötən il dekabrın sonlarında Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə əlavə cinayət işi başlanmışdı.
Yanvarın sonlarında isə gənc blogerə qarşı açılan yeni cinayət işinə xitam verilmişdi.











