Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən şəxs azadlığa buraxıldı

  • By admin
  • 09 Aprel 2018 11:44

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş general Səməd bəy Mehmandarovun nəticəsinə qarşı dələduzluqda ittiham edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Gununsesi.info xəbər verir ki, aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində generalın nəticəsi Aygün Mehmandarlını aldatmaqda ittiham olunan Zaur Əsgərova hökm oxunub.

Hakim Samir Əliyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, Zaur Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, həbsdən çıxıb.

Zərərçəkmiş Aygün Mehmandarlı məhkəmədə ifadə verərək ona dəyən ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.

Gülər

Gununsesi.info