Meksika vətəndaşlarına sahib çıxır

  • Müəllif: admin
  • 17 Mart 2017 14:07

unnamed (12)
Meksika hökuməti ABŞ-dan deportasiya edilən vətəndaşlarını ölkə daxilində işlə təmin etmək məqsədiylə özəl təşkilatla müqavilə imzalayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mesikanın daxili işlər naziri Miquel Anqel Osorio Çonq bildirib ki, 22 şirkəti özündə birləşdirən “ASUME” adlı təşkilat ABŞ-dan deportasiya edilən 50 min meksikalını işlə təmin edəcək.

Osorio Çonqın sözlərinə görə, burada əsas məqsəd ABŞ-dan deportasiya edilən vətəndaşların bilik və bacarıqlarından istifadə etməkdir.

ABŞ rəhbərliyinin Meksika vətəndaşlarına qarşı apardığı siyasətin qəbul edilməz olduğunu deyən Osorio Chonq, ölkələrinə geri dönən vətəndaşların üzünə qapılarının açıq olduğunu söyləyib.

Anar
Gununsesi.info