Merkel: “Azərbaycanla bağlı qalmaqal Bundasteqda araşdırılıb”

  • By admin
  • 20 Aprel 2021 21:34

Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının sessiyasına qatılıb.

Gununsesi.info xəbər verir ki, Merkel Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirin (Thorhildur Sunna ÆVARSDÓTTIR) bir qrup almaniya deputatın Azərbaycana pul müqabilində lobbiçilik etməsi barədə sualına cavab verib.

Almaniya kansleri deyib ki, bu məsələdən xəbərdardır və mənfi hal kimi qiymətləndirir: “Azərbaycanla bağlı qalmaqal Bundestaqda araşdırılıb. Bu, çox xoşagəlməz hadisədir və ətraflı araşdırma tələb edir. Deputatlar Ştets və Linder cəzalandırılıblar. Biz bütün sənədləri tədqiq etmişik və qalmaqala cəlb olunmuş bütün ictimai fiqurlar tənqid edilib”.

Gununsesi.info