Merkelin çox sərt Türkiyə açıqlaması…

  • By admin
  • 17 İyul 2016 10:51

 

merkel

 

Almaniyanın baş naziri Angela Merkel, 15 iyul çevriliş cəhdini “ən sərt şəkildə” qınadığını açıqlayıb.

Gununsesi.info Musavat.az saytına istinadən xəbər verir ki, Türkiyədəki çevriliş cəhdinin əvəzini çox sayda insanın həyatlarıyla ödəmiş olmasının tragik olduğunu ifadə edən Merkel  “Türkiyədə qan tökülməsinin artıq sona çatması şərt” deyə bildirib.Çevriliş cəhdini sərt şəkildə tənqid edən Merkel “Kimin rəhbərliyə gələcəyini sərbəst seçkilərlə təyin xalqın haqqıdır və elə də qalacaq. Küçələrdə tanklar və öz xalqına qarşı hava hücumları ədalətsizlikdir” deyə açıqlayıb.Şərhində azlıqların qorunmasını və təməl hüquqların əhəmiyyətini vurğulayan Merkel, bunun şiddətə söykənən qarşıdurmaların və bölünmənin qarşısını almaq üçün bir şərt olduğunu söyləyib.  Merkel  “Hər kəs hüquqlarına hörmət göstərməli və azlıqları qoruyan bir demokratiyaya sahib olmalıdır. Bu baxımdan ən yaxşı təməldir” deyə danışıb.Merkel Türkiyə hökumətinə çevriliş cəhdində olanları hüquq dövləti sərhədləri içərisində bir yanaşma göstərməyə dəvət edib.  “Hüquq dövləti, dünən gecə yaşanan faciəli hadisələrin məsuliyyətini daşıyanlara qarşı yanaşma zamanı varlığını ispatlamalıdır” deyə danışıb.Almaniyanın baş naziri Merkel: “Türk xalqına bu travmatik təcrübələr sonrasında ölkələrində təkrar daxili amanlığa qovuşmasını, şiddətli qarşıdurmaları və bölünməyi aşmasını arzulayıram” deyə danışıb.Merkel çıxışında Türkiyə ilə Almaniyanın NATO müttəfiqi olduğuna və Almaniyadakı çox saydakı Türkiyə mənşəli insan səbəbiylə də yaxın bir bağ içərisində olduğunu ifadə edib.

Gununsesi.info