Meşə yanğınları 9 kəndi qazsız qoyub

  • By admin
  • 19 Avqust 2022 12:29

Meşə yanğınları nəticəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyinə dəyən ziyanın həcmi yanğınlar başa çatdıqdan və lazımi təftiş işləri keçiriləndən sonra müəyyən ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Azəriqaz”a indiyədək dəyən ziyan çox boyük deyil, lakin dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq.

Baş direktor açıqlamasında yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırıldığını söyləyib.

Gununsesi.info