Messi karyerasına son qoyur

  • By admin
  • 22 İyun 2018 17:54

Messi karyerasına son qoyur - VİDEO

Argentina millisinin ulduzu Lionel Messi yığmadakı karyerasına son qoyacaq.

Gununsesi.info xəbər verir ki, Dünya Çempionatında 2 matçda 1 xal qazana bilən Argentina Nigeriya ilə oynanacaq son matçda 3 xalı qazana bilməsə, Messi millidən ayrılacaq.

DÇ-dəki uğursuz çıxışlarından sonra susqunluğu ilə ayrılığın siqnallarını verən Messi Argentina millisinin mundialda davam edə bilməyəcəyi təqdirdə, bir daha milli komandanın formasını geyinməyəcək.

Qeyd edək ki, Argentina ilk matçında İslandiya ilə 1 qolluq bərabərə qalmış, ikinci matçında isə Xorvatiyaya 3:0 uduzmuşdu.

***

Dünya Çempionatının II turunda Xorvatiya ilə qarşılaşan Argentina millisinin ulduzu Lionel Messi karyerasının ən pis matçını keçirib.

Gununsesi.info xəbər verir ki, əfsanəvi Maradona ilə müqayisə edilən, dünya futbolunun ən yaxşıları sırasında göstərilən argentinalı futbolçu dünən keçirilən matçın ilk yarısında topla komandasının qapıçısı Uilli Kaballerodan (22) belə daha az görüşüb (20).

İslandiyaya qarşı oynadığı ilk matçında 11 dəfə qapını yoxlayan 29 yaşlı hücumçu ikinci qarşılaşmasında sadəcə 1 dəfə qapıya tərəf top göndərib.

Qarşılaşmanı tribunadan izləyən Argentinanın futbol əfsanəsi Maradona matçdan sonra sanki dəliyə dönüb.

21-ci Dünya Çempionatına çox pis başlayan Argentina üst-üstə 2-ci dəfə meydandan 3 xal almadan ayrılıb. Amerikalılar 1974-cü ildən bu yana ilk dəfə Dünya Çempionatı qruplarında ilk iki matçda qalibiyyət əldə edə bilməyib.

Argentinanı 3 qolla məğlub edən Xorvatiya isə Dünya Çempionatında növbəti mərhələni təmin edən 4-cü komanda olub. Daha öncə Rusiya, Uruqvay və Fransa ikinci tur biletini əldə edib. Misir, Səudiyyə Ərəbistanı, Mərakeş və Peru isə mundiala əlvida deyib.