Meta Donald Trampın hesablarını bərpa edir – Milyarder artıq İnstagram və Facebook-da olacaq

  • By admin
  • 28 Yanvar 2023 12:46

Amerikanın keçmiş Prezidenti, məşhur milyarder Donald Trampın sosial media hesabları bərpa edilərək öncəki halına gətirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 6 yanvar 2021-ci ildə Amerikan Konqresində etiraz keçirən dəstəkçilərinə yazdığı şəhrhlər səbəbi ilə iki il müddətlə bu platformadan uzaqlaşdırılmışdı.

Meta şirkətinin qlobal əlaqələr başçısı Nikk Kleq bir bloq paylaşımında bunları yazıb: “Seçki qutularında siyasətçilərlə şüurlu seçkilər keçirmək üçün xalq nə olduğunu eşidə bilməlidir: Yaxşını, pisi və çirkini”.

Kleq Meta-nın təlimatlarını növbəti dəfə pozacağı durumda, Donal Trampın hesablarının iki ilədək məhdudlaşdırılacağını söyləyir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info