Metro istifadəçilərinə – ŞAD XƏBƏR

  • By admin
  • 22 Fevral 2020 12:14

“Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.

Gununsesiaz.info “Report”a istinadən bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəyə ümumilikdə, 20 vaqonun gətirilməsi gözlənilir: “Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək”.

 

Xatırladaq ki, ötən il oktyabr ayında “Bakı Metropoliteni” Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

Gununsesiaz.info