Metronun “Koroğlu” stansiyası müvəqqəti bağlanır

  • By admin
  • 19 Aprel 2018 15:26
Aparılacaq təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq. 
Gununsesi.info quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.
Gununsesi.info