2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası açılışa tam hazırdır.
Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtü yenilənib. Hətta stansiyanın divarlarına reklam lövhələri də asılıb. Hazırda “Sahil”də təmirdən sonra təmizlik işləri görülür.
Xatırladaq ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir. Bu səbəbdən də stansiyadan çəkdiyimiz foto effektsizdir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləsə də, stansiyanın açılacağı tarixi dəqiq deməyib. Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, stansiya təmirə bağlanarkən 1 iyul 2018-ci ildə yenidən sərnişinlərin ixtiyarına veriləcəyi açıqlanmışdı.
GUNUNSESİ.İNFO