Metropolitendə gediş haqqı qalxacağmı?  - AÇIQLAMA

  • By admin
  • 03 Avqust 2016 12:26

metro

 

“Bakı metrosunda gediş haqqının qaldırması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.

Gununsesi.info “Modern.az”a istinadən xəbər verir ki, bunu  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, metronun “Koroğlu” stansiyasında gediş haqqının 30 qəpik olması və bundan dolayı sərnişinlərlə polis arasında hər hansı insidentin yaşanması yalandır:

“Əgər hər hansı insident yaşanarsa bunun açıqlaması olar. Gediş haqqına gəlincə isə bu gizlədiləsi bir şey deyil. Gediş haqqının qaldırılması ilə bağlı qərar veriləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bu gün KİV-də yayılan məlumatlarda metronun “Koroğlu” stansiyasında sərnişinlərin kartından gediş üçün 30 qəpik silindiyinə dair informasiyalar yer alıb.

Gununsesi.info